Qadin.NET / Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

Üzərində insanlar olan aysberq hər kəsin gözü qarşısında çevrildi - VİDEO

Məşhur ekstremal səyyah Mayk Horn Arktikada ekspedisiyasının iki üzvü ilə aysberqin üzərində olarkən çox tonlu buz bloku çevrilib və onlar okeana düşüblər.
Qadin.Net bildirir ki, Lenta.ru-nun məlumatına görə, Horn hadisənin videosunu özünün “Instagram” hesabında yayımlayıb.
Kadrlarda onların yıxılması və gəmidəki insanların qışqırtısı eşidilir.
““Fəthdən” əvvəl səhər yeməyi yemək lazım deyildi”, - deyə Horn videoya zarafatyana şərh yazıb.
Tədqiqatçı həmçinin hadisə ilə əlaqədar zərərçəkənin olmadığını vurğulayıb.


19 sentyabr 2020
GO BACK