Qadin.NET / 7 milyona malikanə aldılar - FOTO

7 milyona malikanə aldılar - FOTO

Valideyn olmağa hazırlaşan müğənni Eşli Simpson və həyat yoldaşı Evan Ross yeni malikanə alıblar.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, cütlük Los-Ancelesdə yerləşən villa üçün 4,5 milyon dollar (təxminən 7 milyon 650 min manat) ödəyib.
580 kvadratmetrdir sahəsi olan malikanənin 5 yataq, 6 hamam, hovuz, qonaq, yemekxana və son texniki yeniliklərlə təchiz olunmuş mətbəxi var.
Qeyd edək ki, Eşli müğənni Cessika Simpsonun bacısıdır.


18 sentyabr 2020
GO BACK