Dünya əhalisinin sayı getdikcə artmağa davam edir. Hazırda 7.5 milyarddan çox olan dünya əhalisinin sayının 2100-cü ildə 16 milyarda çatacağı ehtimal olunur.
Bu barədə “Milliyet” yazıb.
Əhali sıxlığındakı natarazlıq bəzi bölgələrdə yoxsulluq və müharibə riskini də artıracaq.
Bu gün 1.5 milyard insanın yaşadığı Çin 2100-cü ildə əhalisinin yarısından çoxunu itirəcək. Buna səbəb doğum səviyyəsinin olduqca aşağı olması, əhalinin sayını tənzimləməklə bağlı proqramların tətbiqidir.
Beləliklə, Çin əhali sayına görə, dünyada üçüncü pilləyə düşəcək. Hindistan ilk pilləyə, Nigeriya isə ikinci pilləyə yüksələcək.
2100-cü ildə əhali sayına görə dünya ölkələrinin ehtimal olunan ilk onluğunu təqdim edirik:
Hindistan - 1.09 milyard
Nigeriya - 791 milyon
Çin - 732 milyon
ABŞ - 336 milyon
Pakistan - 248 milyon
Demokratik Konqo Respublikası - 246 milyon
İndoneziya - 229 milyon
Efiopiya - 223 milyon
Misir - 199 milyon
Tanzaniya - 186 milyon.