Son bir gün ərzində Rusiyada 5 905 nəfərdə koronavirus aşkarlanıb.
Qadin.Net bildirir ki, “İnterfax” xəbər verir ki, son iki həftə ərzində aşkarlanan xəstələrin sayı 5,1-5,5 min nəfər arasında dəyişib.
Qeyd edilir ki, Moskvada gün ərzində 805 nəfərdə virusa yoluxma qeydə alınıb.
Operativ qərargah yoluxma sayındakı artımı paytaxtda daha çox testin aparılması və koronavirusun daha yaxşı aşkarlanması ilə izah edir. Bundan əlavə, Moskvada nəqliyyatdan aktiv istifadə edənlərin və ictimai yerlərə gələnlərin sayının artdığı da bildirilir.
Ümumilikdə, ölkədə artıq 1 091 186 nəfərdə koronavirusa yoluxma müəyyən edilib. Bu göstəriciyə görə Rusiya Federasiyası dünyada dördüncü yerdə qalır.