Qadin.NET / Plastik tac yarım milyona satıldı

Plastik tac yarım milyona satıldı

Məşhur amerikalı rep ifaçısı Notorious B.I.G.-in (əsl adı Kristofer Corc Lator Vallas) fotosessiya zamanı geyindiyi plastik tac rekord qiymətə satılıb.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Məlumata görə, plastik daş-qaşlarla bəzənmiş tac üçün 594750 dollar (1 011 080 AZN) ödənilib.
Qeyd edək ki, afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri olan Notorious B.I.G. 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilib.

18 sentyabr 2020
GO BACK