Qadin.NET / Reanimasiyada olan xəstələrin sayı azaldı

Reanimasiyada olan xəstələrin sayı azaldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 917 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 112 nəfər reanimasiyada, 9 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 115 və 8 idi.
Ümumilikdə 38 777 nəfər virusa yoluxub, 36 289 nəfər sağalıb, 571 nəfər vəfat edib.
Bu gün 7 601 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 035 286 test aparılıb.
Qeyd edək ki, bu gün 119 koronavirusa yoluxma faktı qeydə alınıb, 140 nəfər sağalıb, 2 nəfər ölüb.

17 sentyabr 2020
GO BACK