Qadin.NET / Koronavirusa qarşı at anticisimlərinə əsaslanan dərman hazırlayacaqlar

Koronavirusa qarşı at anticisimlərinə əsaslanan dərman hazırlayacaqlar

Kosta-Rika Elmi Texnologiya İnstitutunun alimləri koronavirusa qarşı at anticisimlərinə əsaslanan dərman yaratmaq üzərində işləyirlər.
Qadin.Net bildirir ki, bu barədə “Scientific American” xəbər verir.

Bildirilir ki, altı ata laboratoriya şəraitində əldə edilən SARS-CoV-2 zülalı inyeksiya edilib. İki həftədə bir dəfə olmaqla dörd inyeksiyadan sonra atlarda düzgün anticisim səviyyəsi formalaşıb.

Sonra tədqiqatçılar bir dərman fabrikində at qanlarını toplayıb plazmanı qırmızı qan hüceyrələrindən ayıraraq, plazmadan anticisimləri təcrid ediblər. Bundan sonra onlar insanlarda test edilməyə uyğun tərkib hazırlayıblar.

Bir şüşə dərmanın təxminən 100 dollara (170 AZN) başa gələcəyi qeyd edilir.

17 sentyabr 2020
GO BACK