Qadin.NET / Rusiyanın peyvəndi ilə bağlı üzücü xəbər: 6 ay sonra...

Rusiyanın peyvəndi ilə bağlı üzücü xəbər: 6 ay sonra...

Rusiyanın “Vektor” araşdırma mərkəzinin hazırladığı koronavirus peyvəndi ömürlük immunitet qazandırmır. Peyvəndin qoruyuculuğunun 6 ay müddəti var.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Zooloji Xəstəliklər Departamentinin rəhbəri Aleksandr Rıjikov “Rospotrebnadzor”un instqaram hesabındakı canlı yayımda deyib.
O bildirib ki, bu müddət müsbət qiymətləndirilməlidir: “Çünki üstümüzdə həyat boyu davam edəcək dəyişiklik yaratmamış oluruq. Bu müddət bitən zaman lazım gəldikdə yenidən peyvənd vurdurmaq mümkün olacaq”.
Qeyd edək ki, “Vektor” mərkəzi hazırladığı peyvəndin kliniki testlərinə başlamaq üçün iyulun 24-də Səhiyyə Nazirliyindən izacə almışdı. Testlər sentyabrın 30-da tamamlanacaq.

17 sentyabr 2020
GO BACK