Qadin.NET / ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır

ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır

ABŞ-da pilotsuz “Uber” taksi sürücüsü adam öldürməkdə ittiham olunub.
Qadin.Net bildirir ki, “RİA Novosti” xəbər verir ki, 49 yaşlı Eleyn Herçberqin ölümünə səbəb olan hadisə 2018-ci ilin mart ayında Arizona ştatında baş verib.
Pilotsuz “Uber” velosipedlə gedən sürücünü “görsə” də, əyləci basmayıb. Sükan arxasında olan operator yoldan yayınıb və nəqliyyat vasitəsi əl rejiminə keçə bilməyib.
Avqustun 27-də 46 yaşlı Rafael Vaskesə qarşı ittiham irəli sürülüb. Özünü qadın kimi təqdim edən Vaskes təqsirli olmadığını deyib.
Məhkəmə 11 fevral 2021-ci il tarixinə planlaşdırılıb.
Faciəli hadisədən sonra “Uber” bu əyalətdəki layihəni bağlayıb və Arizona rəhbərliyi ümumi yollarda test keçirməyi qadağan edib.

17 sentyabr 2020
GO BACK