İsrailli model Bar Rafaeli vergi borclarını ödəmədiyi üçün məhkəməlik olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, modelin yaşadığı yer haqda yalan məlumat verərək qazanclarından təxminən 7,2 milyon dollar (təxminən 12 milyon 240 min manat) dəyərində vergidən yayındığı məlum olub.
Məhkəmə qərarı ilə B.Rafaelinin 1,4 milyon dollar (təxminən 2 milyon 380 min manat) ödəməsi tələb olunub.
Qeyd edək ki, Rafaelinin vergi borcları aktyor Leonardo DiKaprio sevgili olduğu və dünya turuna çıxdığı ərəfəni əhatə edir.