Qadin.NET / Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı

Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı

Türkiyənin məşhur cütlüyü Fəxriyyə Evcen və Burak Özçivit məkanların birində yemək yeyərkən görüntüləniblər.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, "Kuruluş Osman” serialı üçün imicini dəyişən Burak Özçivit yeni görünüşü haqda belə deyib: "Hər kəsə tövsiyə edirəm, çox rahatdır. Gündəlik həyatda da işimə yaradı".
Fəxriyyə Evcen də həyat yoldaşının yeni imicini bəyəndiyini bildirib: "Hər halını çox sevirəm, amma bu imicini daha çox bəyəndim".
Mətbuat nümayəndələrinin suallarını cavablayan cütlük 2 milyon lirə dəyərində lüks avtomobilləri ilə məkandan ayrılıblar.
Qeyd edək ki, cütlüyün bir oğlu var.

16 sentyabr 2020
GO BACK