UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" komandası bu gün Bakıya gəlib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, çarter reysi ilə komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. 45 nfərlik ünamyəndə heyətində 20 futtbolçu, məşqçilər korpusu, texniki heyət, klubun ikinci prezidenti Abdurrahim Albayrak da yer alır.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.