Qadin.NET / 100 yaşdan yuxarı sakinlərin sayı 80 mini keçən ölkə

100 yaşdan yuxarı sakinlərin sayı 80 mini keçən ölkə

Yaponiyada 100-dən çox yaşı olanların sayı 80 mini keçib.
Qadin.Net bildirir ki, bu barədə TASS xəbər yayıb.
Hazırda Yaponiyada 100 yaşdan yuxarı 80 450 nəfərin yaşadığı qeyd olunur. Son bir ildə bu rəqəm 9 176 nəfər artıb. Onların 88 faizinin – 70 975 nəfərinin qadınlar olması diqqət çəkir.
Qeyd edilir ki, ölkədə ən yaşlı qadının 117, ən yaşlı kişinin isə 110 yaşı var.
Mütəxəssislərin fikrincə, ölkədə mövcud demoqrafik problemlər davam edərsə, 2053-cü ilə qədər Yaponiya əhalisi hazırki 127 milyondan 100 milyona, 2065-ci ilə qədər isə 88 milyona qədər azalacaq. Onların 38 faizi 60 yaşdan yuxarı insanlar olacaq.

16 sentyabr 2020
GO BACK