Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydaları yenidən sərtləşdirilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bununa səbəb son günlərdə virusa yoluxma hallarının arması olub.
Yalova valisi Muammer Erolun rəhbərliyi ilə keçirilən toplantıdan sonra yaşı 65-dən yuxarı olan şəxslərin saat 20:00-dan sonra küçəyə çıxması qadağan edilib.
Qadağa səhər saat 09:00-a kimi davam edəcək. Yaşı 18-dən aşağı olanlar isə saat 20:00-dan sonra ancaq yanlarında valideynləri ilə küçəyə çıxa bilərlər.