Qadin.NET / 3 ay övladlarını görə bilməyəcək

3 ay övladlarını görə bilməyəcək

Selen Sevigen keçmiş həyat yoldaşı Gökhan Özen haqqında məhkəməyə müraciət edərək 3 ay onlardan uzaqlaşdırılmasını tələb edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Selen sənətçinin dava saldığını, evlərinə vaxtlı-vaxtsız gəlib xoşagəlməz hərəkətlər etdiyini bildirib.
Baş tutan məhkəmə prosesində qadının iddiası təmin edilib və Özenin 3 ay övladlarına və Sevigenə yaxınlaşa bilməməsi qadağası qoyulub.
Qeyd edək ki, Sevigen 2010-cu ildə evləndiyi Özenin 2016-cı ildən ABŞ-a gedib-gəlməyə başladığını görüb, 2017-ci ildə boşanıb. Müğənni 2 ay əvvəl geri qayıdıb və qızlarının yaşadığı evə tez-tez gedib-gəlməyə başlayıb. Bundan narahat olan Sevigen ona xəbərdarlıq etsə də Gökhan qulaq asmayıb və onu təhqir etməyə başlayıb.

15 sentyabr 2020
GO BACK