İndoneziyanın hüquq-mühafizə orqanları koronavirus pandemiyası ilə əlaqədar maska qadağası və sosial məsafə qaydasının gözlənilməsinə ölkənin ən iri cinayətkar qruplarını cəlb etmək niyyətindədir.
Bu barədə “The Jakarta Post” məlumat yayıb.
Nəşrin yazdığına əsasən, ölkənin Milli Polis Təşkilatının sədrinin müavini Qatot Pramono müvafiq planı parlamentə təqdim edib.
Q.Pramononun sözlərinə görə, söhbət cinayətkar dəstələrin xidmətə cəlb edilməsindən getmir. O qeyd edib ki, ölkədə bazarlara və avtomobil dayanacaqlarına sözügedən dəstələr nəzarət edir və onlar burada müəyyən qaydaların gözlənilməsini də təmin edə bilərlər.