Qadin.NET / Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”

Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”

Tanınmış televiziya aparıcısı və həkim Aleksandr Myasnikov koronavirus infeksiyasına yoluxma hallarının artmasını müsbət vəziyyət kimi qiymətləndirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o, verilən statistikaya “sevinmək” lazım olduğunu izah edib. Həkimin fikrincə, rəqəmlərə diqqət yetirməyə dəyməz:

“Say artdıqca sevinməlisiniz. Asimptomatik və xəstəliyi yüngül keçirənlər nə qədər çox olarsa, kütləvi immunitetin qazanılması prosesi daha da sürətlənəcək. İctimai immunitetin qazanılması 2-3 il çəkəcək. Lakin koronavirus heç bir yerdə yox olmayacaq, yumşaq formada olsa da geri dönəcək. Əmin edirəm ki, 2023-cü ildə COVID-19 qrip kimi adiləşəcək”.

14 sentyabr 2020
GO BACK