Qadin.NET / Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bilməz

“Bütün məktəblər sabahkı dərs gününə hazırdır. Hər bir məktəb dezinfeksiya olunub”.
Qadin.Net bildirir ki, bu fikirləri Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi müəllimlərin məcburi qaydada spirt məhsulları alması ilə bağlı iddialara da aydınlıq gətirib:
“Yayılan məlumatlar əsassızdır. Dövlət xətti ilə bütün məktəblərə tibbi məhlullar paylanılıb. Əgər hansısa müəllim çantasında spirt gətirərsə, buna bir söz deyə bilmərik. Ancaq müəllimlərin məcburi qaydada spirt alması xəbərləri doğru deyil”.

14 sentyabr 2020
GO BACK