Qadin.NET / Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi

Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi

36 yaşlı Felisiti Cons və 44 yaşlı Çarlz Hard valideyn olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisa övladının doğuluşunu mediadan gizlətməyə çalışsa da buna nail ola bilməyib. Paparassilər Felisitini Londonda uşağını gəzdirərkən görüntüləyiblər.
Aktrisa və rejissor əri uşaqla bağlı sualları cavabsız qoyub, onun cinsiyyətini belə açıqlamaq istəməyiblər. Consun hamiləlik xəbəri mediada ötən ilin dekabrında yayılmışdı.
Qeyd edək ki, Cons və Hard 2018-ci ilin iyulunda evlənib.

14 sentyabr 2020
GO BACK