Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar.
Axşam.az xəbər verir ki, bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb.
Dondurmanı hazırlayan Barbara Buratto, Manuela Badino və Pupa Di Salvio “Türk cazibəsinə sahib olan bir dad yaratmağı qərarı aldıq” fikri ilə soyuq ləzzəti ərsəyə gətiriblər.
Qeyd edək ki, hazırda "Bay yanlış" serialında rol alan aktyorun adını daşıyan parfüm, yastıq və ziynət əşyaları da var.