Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib.
Qadin.Net bildirir ki, “RİA Novosti” xəbər verir ki, kansler bu barədə Avstriya Mətbuat Agentliyinə açıqlama verib.
Kurts qeyd edib ki, ötən günlərdə Avstriyada koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Avqust ayının əvvəlində gündəlik yoluxma hallarının sayı 100-dən aşağı olduğu halda, iki həftə əvvəl bu göstərici 350-yə qalxıb və hazırda 1000 nəfərə çatıb.
Gündəlik yoluxma hallarının təxminən yarısı Vyana şəhərinin payına düşür və artıq İsveçrə Vyananı riskli regionlar siyahısına daxil edib, Almaniyanın da yaxın günlərdə eyni addım atacağı gözlənilir.
Bununla bağlı, Avstriya hökuməti sentyabrın 14-dən bir sıra məhdudiyyətlər tətbiq edəcək, belə ki, ölkə üzrə bütün ictimai qapalı məkanlarda maskadan istifadə məcburi olacaq, kütləvi tədbirlərdə iştirakçı sayı azaldılacaq.