Müğənni Gökhan Özen ilə həyat yoldaşı Selen Sevigen məhkəməlik olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Sevigen Özenin evlərinə vaxtlı-vaxtsız girdiyini, uşaqların psixologiyasına pis təsir edən hərəkətlər nümayiş etdirdiyini bildirib.
O, keçmiş ərinin tez-tez dava saldığını söyləyib. Özenin əsəblərini idarə edə bilmədiyini vurğulayan Selen qorunma və uzaqlaşdırma qərarının verilməsini tələb edib.
Müğənni eyni zamanda övladları üçün alimenti də ödəmir.