Rusiyalı məşhur müğənni Nataşa Koroleva səyahətdən qayıtdıqdan sonra evinin soyulduğunu açıqlayıb.
Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı evindən qızıllarının və 5 milyon rubl götürüldüyünü bildirib.
Koroleva oğrunun əri Tarzanın sevgilisi olduğunu iddia edib. Belə ki, Nataşa evdə olmadığı ərəfədə Tarzan başqa qadınlarla görüşüb. Onun evə gətirdiyi qızlardan biri də fürsətdən istifadə edərək evi soyub.
Müğənninin ərindən ayrılacağı və ya onu bağəşlayacağı isə bilinmir. O, bunla bağlı sualları cavabsız qoyub.