"Zalo" filminin çəkilişləri üçün Malatyada olan və qəfil halı pisləşən aktyor Halil Kumovanın koronavirus testinin nəticəsi pozitiv olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, çəkiliş meydançasında götürülən test nəticəsində daha 4 nəfərin virusa yoluxduğu ortaya çıxıb.
64 yaşındakı Halil qrip olmuş, dərhal xəstəxanaya aparılmış və nəfəs çatışmazlığına görə tənnəfüs aparatına bağlanmışdı. Həkimlərin müdaxiləsinə baxmayaraq aktyoru xilas etmək mümkün olmamışdı. Həmin ərəfədə aktyordan Covid19 testi götürülüb. Hazırda cavabların pozitiv olduğu ortaya çıxıb.
"Zalo"nun aktyorlarından olan Sermiyan Midyat da testinin cavabını sosial şəbəkədə paylaşaraq pozitiv çıxdığını açıqlayıb.