Aparıcı və TV8-in rəhbəri Acun Ilıcalı keçmiş arvadı Şeyma Subaşının yaşadığı villasını satıb.
Qadin.Net türk mediasına istinadən xəbər verir ki, Subaşı ilə boşandıqdan sonra Çağla Ayça Altunkaya ilə eşq yaşamağa başlayan Acun artıq həmin evi istəməyib.
Villanın fotoları isə mediada yayılıb. Görənləri şok edən ev üçün Acun 125 trilyon lirə (28 trilyon manat) qiymət qoyub.
Şeyma isə bildirib ki, keçmiş əri evi ona almayıb:
"Acun evi mənə hədiyyə etməyib, birlikdə oturmaq üçün almışdı. Birlikdə yaşadıq. Boşandıqdan sonra isə Acun evi satdı".