Qadin.NET / Neymar koronavirusdan sağaldı

Neymar koronavirusdan sağaldı

Məşhur braziliyalı futbolçu Neymar koronavirusa qalib gəlib.

Qadin.Net xəbər verir ki, bu barədə idmançı Tvitter səhifəsində məlumat verib:

"Artıq sağalmışam və məşqlərimə davam edirəm. Bunun üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Fransanın PSJ klubunun hücumçusu olan Neymarın komanda yoldaşları Keylor Navas və Anxel Di Mariya da infeksiyaya yoluxub.

12 sentyabr 2020
GO BACK