Braziliyalı sörfçü Maya Qabeyra ən böyük dalğanı ram etməsinə görə qadınlar arasında dünya rekordunu təzələyib.
Qadin.Net bildirir ki, TASS-ın məlumatına görə, bu barədə Dünya Sörf Liqasının Mətbuat Xidmətindən bildirilib.
33 yaşlı idmançı 22,40 metr hündürlükdə dalğanı ram edib.
Qeyd edək ki, bundan əvvəlki rekord da (20,72 metr) ona məxsus idi.
Qabeyra dünyanın ən çox qazanan sörfçülərindəndir. O, ilin ən yaxşı idmançısı kimi iki dəfə “Laureus” mükafatına namizəd olub.