“Valideynlər məktəb binasına buraxılmayacaq. Buna səbəb sıxlığın yaranmamasıdır”.
Bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın şərhi ilə bağlı Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında deyib:
“Odur ki, indidən övladlarınıza parta arxasında tək oturacağını deyin və onları hazırlaşdırın. Bütün hallarda ilk dəfə məktəbə gələn şagirdlərin adaptasiya məsələsi ilə məktəblərdə olan psixoloqlar da məşğul olacaq. Amma bütün hallarda biz məktəblilərin valideynlərinin müəllimlərə gül almasını tənzimləyə bilmərik”.
O həmçinin bildirib ki, tədrisin ilk günü müəllimlərə hədiyyə olaraq gül gətirilib-gətirilməməsini tənzimləyə bilmərik. Əgər buna ehtiyac duyulmursa və infeksiya mənbəyi kimi qiymətləndirilirsə, valideynlər bu dəstək olmalıdır.