Qadin.NET / Rusiyalı model Anastasiya Reşetova reper Timatidən ayrılıb.

Rusiyalı model Anastasiya Reşetova reper Timatidən ayrılıb.

Qadin.Net bildirir ki, bu barədə model “Instagram” hesabında yazıb.
Reşetova qeyd edib ki, oğulları Ratmir dünyaya gəldikdən sonra əri ilə münasibətləri pozulub:
“Artıq ər və arvad deyilik, birlikdə yaşamırıq”.
Model son altı ildə həm özü, həm də həyata baxışının dəyişdiyini bildirib:
“Daha sonra nə olacağını bilmirəm, amma bu anda bütün enerjimi fərqli bir istiqamətə yönəltmək istəyirəm”.
O, Timati və oğlu ilə xoş xatirəli fotolarını da paylaşımına əlavə edib.
Timati və Anastasiya Reşetova 2015-ci ildən bəri münasibətdədirlər. Reşetova Timatinin bəzi kliplərinə çəkilib.
2019-cu ilin oktyabr ayında cütlüyün Ratmir adlı oğlu olub.

11 sentyabr 2020
GO BACK