Qadin.NET / Müəllimin verdiyi cəza şagirdi öldürdü

Müəllimin verdiyi cəza şagirdi öldürdü

Ev tapşırığını etmədiyi üçün fiziki məşqlə cəzalandırılan uşaq ölüb.
Qadin.Net bildirir ki, “Asia One” xəbər verir ki, hadisə Taylandda baş verib.
Bildirilir ki, 13 yaşlı oğlan 100 dəfə tullanıb çömbəlmə hərəkəti ilə cəzalandırılıb. Həmin günün axşamı o, özünü pis hiss edib, səhəri isə yatağında ölmüş halda tapılıb.
Həkim uşağın ölüm səbəbi kimi fiziki məşqlə bağlı ürəyin dayanmasını göstərib.
Uşağın qohumlarının sözlərinə görə, hadisədən bir gün əvvəl o, xəstəxanadan çıxmışdı və belə ağır məşqə hazır deyildi. Sinif rəhbəri bunu bilsə də, cəzanı dayandırmayıb.
Məktəb uşağın ailəsi ilə əlaqə saxlayaraq üzr istəyib.

11 sentyabr 2020
GO BACK