Qadin.NET / Məşhur cütlüyün beşinci övladı doğuldu

Məşhur cütlüyün beşinci övladı doğuldu

62 yaşlı Aleks Bolduin və Hilarinin beşinci övladı dünyaya gəlib.
Qadin.Net xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı Hilari bu haqda sosial şəbəkədə paylaşım edib.
Cütlüyün oğlu doğulub. Hilari hamiləlik xəbərini ilk dəfə apreldə sevənləri ilə bölüşmüşdü.
Qeyd edək ki, 2019-cu ildə Aleks və Hilari iki övladını itirib. Onlar 2012-ci ildə ailə qurublar. Dörd övladı var. Aleksin isə Kim Besingerlə nikahdan 24 yaşlı daha bir qız övladı var.

10 sentyabr 2020
GO BACK