Tələbələr qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron davamlı öskürməyi ilə diqqət çəkib.
Qadin.Net bildirir ki, xəbəri “Ouest-France” agentliyi yayıb.
Fransa prezidenti maskanı çıxaraq su içib və çıxışını davam etməzdən əvvəl təzə maska taxıb.
“Nəfəsimə nə isə getdi və öskürdüm. Buna görə maskamı daha yüngül ilə dəyişdirməyə qərar verdim”, deyə Makron hərəkətini izah edib.
Fransa prezidenti əlavə edib ki, bir neçə gün əvvəl koronavirus testindən keçib və nəticələr mənfi olub.