Sevgilisi Deniz Bulutsuzu döyməsi iddiası ilə məhkəməlik olan aktyor Ozan Güvenin də qarşı tərəflə bağlı şikayəti qəbul edilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ötən gün hakim hər iki şikayətçinin ortaq məxrəcə gəlməsini istəyib. Tərəflər isə bunu rədd edib.
Ozan Denizin mübahisə zamanı onu yaraladığını iddia edib. Hakim də şikayəti qəbul edərək, Bulutsuzun "Adi yaralama" günahından 4 aydan 1 ilə qədər həbsini istəyib.
Qeyd edək ki, Ozan Güvenin sevgilisinə şiddət göstərdiyi üçün 13,5 il həbsi istənilir. Güven və Bulutsuz gələn il yanvarın 21-də hakim qarşısına çıxacaq.