Qadin.NET / COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı

COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı

İngiltərənin Oksford Universiteti və “AstraZeneca” dərman şirkətinin koronavirusa qarşı birgə hazırladığı “AZD-1222” peyvəndinin kliniki sınaqları dayandırılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bir könüllü peyvəndə mənfi reaksiya sərgiləyib.
Şirkətdən verilən açıqlamada həmin könüllüdə naməlim xəstəliyin ortaya çıxdığı bildirilib. Buna görə də peyvəndin sınaqları dayandırılıb. Yaşanan durumun səbəbləri araşdırılmağa başlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya miyqasında 176 müxtəlif peyvənd üzərində iş gedir. Onlardan 33-ü artıq insanlar üzərində sınanır. 9 peyvəndin sınaq prosesi son mərhələdədir.

9 sentyabr 2020
GO BACK