Qadin.NET / Məşhur aktrisa xəstəxanalıq oldu

Məşhur aktrisa xəstəxanalıq oldu

Türkiyəli aktrisa Selin Şekerçini pişik cırmaqlayıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, o, sevdiyi pişiyi tumarlayan zaman qəfil onun hücumuna məruz qalıb.
İki gündür hərarət, qusma, oynaq və qarın ağrısı kimi simptomları yaşayan Şəkərçi şübhələndiyi üçün ilk olaraq koronavirus testi verib. Amma testin cavabı neqativ çıxıb. Aparılan digər analizlər simptomların pişik cırmaqlaması üzündən baş verdiyini təyin edib.
"Pişik hücumu zamanı tetanoz və quduzluq vaksinləri yetərli olmurmuş. Anamdan əmdiyim süd burnumdan gəldi", - deyə oyunçu gileylənib.

9 sentyabr 2020
GO BACK