ABŞ-ın Oksford Universitetinin alimləri koronavirusa yoluxanlarda əksər hallarda immunitet yarandığını sübut ediblər.
Qadin.Net bildirir ki, bu barədə “Nature Immunology” jurnalında məqalə dərc olunub.
Məlum olub ki, patogen immun sisteminin bərpasına təşviq edən və sonrakı infeksiyalara qarşı qorunma təmin edən T hüceyrələri istehsal edir.
Bunun üçün ağır vəziyyətdə olan 14 COVID-19 xəstəsinin və yüngül simptomları olan 28 insanın qan nümunələri analiz edilib. Aydın olub ki, sağalanlar xəstəliyin şiddətindən asılı olmayaraq infeksiyadan sonra iki ay ərzində T hüceyrə yaddaşını qoruyub saxlayırlar.