Qadin.NET / Tac Mahal yeddi aydan sonra turistlərin üzünə açıldı

Tac Mahal yeddi aydan sonra turistlərin üzünə açıldı

COVID-19 pandemiyası ilə əlaqədar bir müddət bağlı qalan Tac Mahal abidəsi sentyabrın 21-dən ziyarətçilərin üzünə açılacaq.
“Scroll” agentliyi məlumat verir ki, qərar Aqra şəhər rəhbərliyi tərəfindən verilib.
Bildirilir ki, sutka ərzində ancaq beş min turistin məqbərəyə girişinə icazə veriləcək.
Ümumilikdə Hindistanda koronavirus pandemiyası ilə əlaqədar 3,4 mindən çox tarixi abidəyə giriş qadağan edilib.
Qeyd edək ki, Hindistan koronavirus infeksiyasına yoluxanların sayına görə (4 284 103) dünyada ikinci yeri tutur.

9 sentyabr 2020
GO BACK