ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında Pentaqona meydan oxuyub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o, yenidən prezident seçiləcəyi təqdirdə Pentaqon ilə münasibətlərin fərqli olacağını söyləyib.
"Əsgərlərimiz məni sevir, amma ordunun sevdiyini deyə bilmərəm. Pentaqon rəhbərliyindəkilər məni sevməyə bilərlər. Çünki onlar təyyarə və bomba istehsal edən bu möhtəşəm şirkətlər xoşbəxt olsunlar deyə döyüşməkdən başqa heç nə etmirlər. Bir çox bölgədən əsgərlərimizi geri çəkmək istədim. Amma mənə mane oldular. Yenidən seçiləndə buna icazə verməyəcəm. İşimə qarışa bilməyəcəklər", - Tramp bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda baş tutacaq.