Koronavirusa yoluxmuş gənc analar körpələrinə mütləq ana südü verməlidir.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin “Uşaq Xəstəlikləri Profilaktikası və Müalicə Təlimatı” sənədində deyilir.
Nazirlik COVID-19 diaqnozu olsa da, ana südünün körpə üçün ən yaxşı qida mənbəyi olduğunu açıqlayıb:
“Ana südündəki əsas risk ana ilə yaxın təmas və infeksiyadır. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 şübhəsi daşıyan və ya diaqnozu qoyulan anaların körpələrini əmizdirməyə başlaması, yaxud buna davam etməsinə təşviqi tövsiyə edir. Analar əmizdirməyin faydalarının ehtimal edilən yoluxma riskindən əhəmiyyətli miqdarda üstün olduğunu bilməlidir”.