ABŞ-da mütəxəssislərin verdiyi proqnoza uyğun olaraq bir sıra ştatlarda havanın temperaturu bir gündə 30-33 dərəcə aşağı düşüb.
Qadin.Net bildirir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Havanın temperaturunun soyuması ilə birlikdə Montana və Kolorado ştatlarına sentyabr ayında qar yağıb.
Bir gün əvvəl 30-35 dərəcə olan temperatur, 1-3 dərəcəyə qədər düşüb. Mütəxəssislər bunu “qütb burulğanı” (polar vortex) adlanan təbiət hadisəsi ilə əlaqələndiriblər.