Pandemiya dövrü ilə əlaqədar müəllimlərin işə qəbulu üzrə builki müsahibə mərhələsi vaxtaşırı olaraq ilin sonuna kimi davam edəcək.
Bu barədə Təhsil Nazirliyinin canlı yayımında çıxış edən Nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib.
Onun sözlərinə görə, müsahibə mərhələsini keçib müddətli işləmək hüququ qazananlar sonradan yenidən müsahibəyə qatılaraq daimi əsaslarla işləmək imkanı əldə edə bilərlər.