Tanınmış avstraliyalı aktrisa Keyt Blanşett İtaliyada 77-ci Venesiya Film Festivalında geyimi ilə təəccübləndirib.
Belə ki, o, tədbirə beş il əvvəl geyindiyi paltarda qatılıb.
Qadin.Net bildirir ki, bu barədə “Page Six” xəbər yayıb.
Bildirilir ki, Blanşett eyni geyimdə 2015-ci ildə London Film Festivalında iştirak edib.
Aktrisa təbii sərvətlərdən təhlükəsiz istifadənin tərəfdarıdır. Bu baxımdan o, digər məşhurları hər yeni ictimai tədbir üçün geyim almamağa və əvvəlki paltarlarda çıxmağa təşviq edir.
Bundan başqa, aktrisa lüks markalardan olan bir neçə paltarını RAD adlı hərraca bağışlayacaq. Satışdan əldə olunan bütün vəsait xeyriyyə təşkilatlarına yönəldiləcək.