Qadin.NET / “Qrip və koronavirusa eyni anda yoluxa bilərsiniz” - XƏBƏRDARLIQ

“Qrip və koronavirusa eyni anda yoluxa bilərsiniz” - XƏBƏRDARLIQ

Tibb elmləri doktoru Vladimir Nikiforov müsahibəsində qripə qarşı peyvənddən imtina etmənin eyni vaxtda həm qrip, həm də koronavirus infeksiyasına səbəb ola biləcəyini söyləyib.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri qrip peyvəndinin tam təhlükəsiz olduğunu qeyd edib.
“Qripə qarşı peyvənd vurdurmasanız, eyni zamanda həm qripə, həm də koronavirusa yoluxma ehtimalı yaranır. Tibbi maska ​​taxaraq sosial məsafəni qoruyun. Eyni zamanda, iş yerlərində infeksiya ehtimalını azaltmaq üçün hər cür şərait yaradılmalıdır”, - həkim vurğulayıb.

7 sentyabr 2020
GO BACK