Sentyabrın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan etibarən Azərbaycanda ölkədaxili hərəkət tamamilə sərbəst olacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu gecədən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır. Sabahdan etibarən yalnız avtobuslarla şəhərlərarası və rayonlararası sərnişindaşımaya tətbiq edilən məhdudiyyət qüvvədə qalacaq.
Qeyd edək ki, karantinlə əlaqədar Bakı ətrafında yaradılmış DYP postları da fəaliyyətini dayandıracaq.