Qadin.NET / Dərslər neçə dəqiqə olacaq?

Dərslər neçə dəqiqə olacaq?

İbtidai siniflərdə bir dərsin 25, 5-6-cı siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.
V.Yaqublu əlavə edib ki, virtual dərslərin isə müddəti 30 dəqiqədən çox olmamalıdır.

7 sentyabr 2020
GO BACK