Əmək qanunvericiliyinin pozulmasına görə inzibati cəzaların siyahısı genişləndirilir.
Qadin.Net bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 192.12-ci maddənin əlavə olunması təklif edilir.
Layihə qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlıdır.
Qanun layihəsi həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslərin cərimələnməsini nəzərdə tutur.
Layihəyə əsasən, həmin şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.