Qadin.NET / “Mançester Siti”nin iki əsas futbolçusu yeni mövsüm öncəsi koronavirusa yoluxdu

“Mançester Siti”nin iki əsas futbolçusu yeni mövsüm öncəsi koronavirusa yoluxdu

Qadin.Net bildirir ki, İngiltərənin “Mançester Siti” klubunun iki əsas heyət futbolçusu koronavirusa yoluxub.
Mançester klubunun rəsmi saytı bu barədə yaydığı məlumatda fransalı futbolçuların – Əlcəzair əsilli cinah hücumçusu Riyad Mahrezin və mərkəz müdafiəçisi Emerik Laportun testinin pozitiv çıxdığını təsdiqləyib.
Hər iki idmançıda virusun simptomlarının olmadığı və onların karantinə alındıqları bildirilib.
Qeyd edək ki, İngiltərə Premyer Liqası sentyabrın 12-də start götürəcək. Lakin “Mançester Siti” ilk turdan azaddır.

7 sentyabr 2020
GO BACK