Qadin.NET / Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...

Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...

Meşələrin sürətlə məhv edilməsi və biomüxtəlifliyin azalması nəticəsində yeni ölümcül pandemiyalar ortaya çıxa bilər.
Qadin.Net bildirir ki, publika.az-a istinadən xəbər verir ki, britaniyalı alimlər uzun tədqiqatlardan sonra bu qənaətə gəliblər.
Onların sözlərinə görə, meşələrin sürətlə məhv edilməsi, əkinçilik ərazilərinin nəzarətsiz genişləndirilməsi, ucqar ərazilərdə mədənlər tikilməsi, vəhşi heyvanların qida, ənənəvi tibb və ya ekzotik ev heyvanları kimi istismarı xəstəliklərin vəhşi aləmdən insanlara birbaşa yoluxması üçün "mükəmməl fırtına" rolunu oynayır.
Alimlər yaranan xəstəliklərin demək olar ki, 2/3-nin ərazi sahələrinin istifadəsindəki dəyişikliklər səbəb olduğunu iddia edirlər. Nəticədə hər il beş-altı yeni pandemiya ortaya çıxa bilər ki, bu da dünya əhalisinə təsir edəcək.
Bundan başqa ağacların kəsildiyi yerlərdə, tarlaların ətrafında köhnə meşələrin ətrafına boş torpaq sahələri vəhşi heyvanlarla ev heyvanları arasında əlaqəni artırır. Qəribə yeni viruslar daşıyan yarasalar, gəmiricilər və digər zərərvericilər meşə qalıqlarından kəndlərə gəlir, heyvanları infeksiyaya yoluxdururlar, onlardan da insanlara keçir.

8 sentyabr 2020
GO BACK