Rusiyalı müğənni Keti Topuriya hər dəfə hamiləlik xəbərini gizli saxlamağa çalışsa da bu dəfə inkar edə bilməyib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Yunanıstanda dincələn sənətçi şəkillərinin əksəriyyətində qarnını gizlətməyə çalışıb.
Sənətçinin paylaşdığı sonuncu fotosu isə onun izləyicilərinin diqqətindən yayınmayıb. Lev Denqovla eşq yaşayan Ketinin ünvanına hamiləliyi ilə bağlı yüzlərlə sual ünvanlanıb. Müğənni isə onları cavabsız qoyub.