Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.
Qadin.Net "Sky"a istinadən xəbər verir ki, bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.
Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.
Bojiyo əlavə edib ki, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar.